Ərzaq (yeyinti) mallarının
satışını həyata keçirən
                                                 hüquqi və fiziki
şəxslərin nəzərinə!

Mövcud qanunvericiliyə əsasən sertifikatlaşdırılmamış ərzaq
(yeyinti) mallarının ticarət şəbəkəsinə daxil edilməsi,
saxlanılması və satışı qadağandır və bu cür malların satılması
istehlakçıların hüquqlarının pozulmasına səbəb olur. Belə
hərəkətlərə yol verən vəzifəli şəxslər min beş yüz manatdan
iki min manatadək, hüquqi şəxslər dörd min manatdan beş min
manatadək miqdarda cərimə olunurlar.
Bu cərimələrə məruz qalmamaq üçün təchizatçıdan ərzaq (yeyinti)
mallarını qəbul edərkən aşağıdakılara unutmayın:
- malın mənşəyini və qiymətini təsdiq edən qaiməni və uyğunluq
sertifikatını tələb etməyi;
- malın etiketində məcburi tələblərə uyğunluğunu təsdiq edən
sertifikatın və ya digər texniki normativ sənədin işarəsinin
olmasını.
Yuxarıda qeyd olunan sənədləri və məlumatları olmayan ərzaq
(yeyinti) mallarını qəbul etməyin.
Əlavə məlumat əldə etmək üçün Antiinhisar Siyasəti və
İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə
müraciət edə bilərsiniz (əlaqə telefonları: 498-15-01 və
498-15-04).


Antiinhisar Siyasəti və İstehlakçıların

Hüquqlarının Müdafiəsi Dövlət Xidməti

Reply via email to